backend

"Onların hər birinin qanunla kökləri kəsilməlidir" - Deputat Cavid Osmanov

Xəbər verdiyimiz kimi  Orduxan Bəbirov, Qurban Məmmədov, Tural Sadıqlı “İnterpol”a verilib. Belə ki, Azərbaycan vətəndaşı 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 12 dekabr 2019-cu il tarixdə Azərbaycana deportasiya olunub və Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi rayon məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbirinin icrası ilə əlaqədar 2019-cu il dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib.

Bununla bağlı KONKRET.az-a danışan deputat Cavid Osmanov bildirib ki, Baş Prokurorluğa istinadən yayılan məlumatlar bütün Azərbaycan xalqında böyük sevinc hissi yaratdı: “Uzun illərdir ki, xaricdə mühacir həyatı yaşayan, xalqımıza və dövlətçiliyimizə qarşı şər-böhtan kampaniyası aparan Orduxan Bəbirov, Qurban Məmmədov, Tural Sadıqlı kimi milli ünsürlərə cinayət işi açılaraq, interpol vasitəsilə axtarışa verilib. Bu anti-milli ünsürlər uzun müddətdir ki, Azərbaycan dövlətinə qarşı söyüş kampaniyası aparmaqla yanaşı 20  faiz torpaqlarımızı işğal edən, Xocalı soyqırımını törədən, 2 yaşlı Zəhra balamızı qətlə yetirən, 1 milyondan çox vətəndaşımızı doğma torpaqlarına həsrət qoyan düşmənlərə xidmət edirlər. Bu insanları maliyyələşdirən, istqamət verənlərin hər biri qanun qarşısında cavab verəcəkdir. Onlar həm də Azərbaycan cəmiyyəti qarşısında cavab verməlidir. Çünki onların işi, vəzifəsi, peşəsi daxildəki 5-ci kolondan bəhrələnərək, onlardan istiqamət alaraq xalqımızın milli dəyərlərinin əksinə gedərək söyüş ritorikasının əsasını qoydular”.

Deputat qeyd edib ki, onların boğazındakı ip onların əllərində deyil: “Bu anti-milli ünsürlər onlara verilən sifarişləri pul qarşılığında canla-başla yerinə yetirməkdədir. Bu yaxınlarda onlardan birinin nə qədər mülkiləri və ofisləri ortaya çıxdı. Təbii ki, bu hələ bildiklərimizdir. Onlara hər ay gördükləri iş qarşılığında müxtəlif məbləğlərdə premiyalar verilib. Onlar həm də Milli Şuradan da bəhrələnirlər. Ruhlarını belə pula satan bu cür anti-milli ünsürlərin dövlətçiliyimizə, xalqımıza qarşı apardıqları çirkin siyasət, xəyanət və dövlət çevrilişinə etdikləri cəhd qüdrətli Azərbaycan dövlətinin hüquq-mühafizə orqanları tərəfindən izlənilirdi. Ən sonda onlar barəsində yekun qənatə gəlindi.

Ötən il Ukraynada saxlanılan digər anti-milli ünsür 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 12 dekabr 2019-cu il tarixdə Azərbaycana deportasiya olunduqdan sonra onun verdiyi ifadədən sonra Orduxan Bəbirov, Qurban Məmmədov, Tural Sadıqlı barəsində də cinayət işi açılıb. Əlbəttə, bu, son deyil. Bütün anti-milli ünsürlər hansılar ki, dövlətimizə, xalqımıza qarşı çirkin siyasət aparıb, xəyanət edənlərin hər biri qanun qarşısında cavab verməli olacaqlar. Onların hər birinin qanunla kökləri kəsilməlidir. Çünki onlar cəmiyyəti, insanlarımızı, millin dəyərlərimizlə pozmağa çalışırlar. Söyüş milli dəyərlərimizə yaraşmayan addımdır. Ürəyi istəyən insan 24 saat səhərdən axşama kimi tənqid edə bilər. Xəyanətkarlar qanun, cəmiyyət və xalq qarşısında hər zaman cavab verməli olublar. Həmçinin də Orduxan Bəbirov, Qurban Məmmədov, Tural Sadıqlı kimi anti-milli ünsürlər”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*