Onlayn parklanmanın ilk günü nə ilə yadda qaldı? – VİDEObackend

Onlayn parklanmanın ilk günü nə ilə yadda qaldı? - VİDEO

Bu gündən parklanma ilə bağlı yeni qaydalar qüvvəyə minib.

KONKRET.az xəbər verir ki, ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir. Qaydalardan xəbəri olmayan sürücülərə “Nəqliyyat Könüllüləri” yardımçı olur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucovun sözlərinə görə, gün ərzində parklanma prosesi ilə bağlı ciddi problem qeydə alınmayıb. Evləri yaxınlıqda olanlar avtomobillərini pulsuz şəkildə park edə bilərlər.

Qeyd edək ki, şəhərin mərkəzi hissələrində 1 saatlıq müddət üçün parklanmanın tarifi 1 manat, 1 zonada 70, 2 zonada 40,3 zonada isə 30 qəpik müyyən edilib. İlk 15 dəqiqə, axşam saat 22:00-dan səhər saat 7-yə qədər, eləcə də həftənin bazar günləri parklanmaya görə ödəniş tələb edilmir. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanır.

  • zaur
    Avqust 8, 2023 - 10:02

    Ataların belə bir misalı var: Xalası Gülüm olanın başına külüm olar. Bizdə qərarlar və qaydalar verilir, qəbul edilir, sonra icrası fikirləşilir.İndi də bu parkinq oyunu. Əvvala parkinq yerləri çizilməklə maşın saxlama yerlərinin sayı əvvəlkinə nisbətən azalır.Əsas məsələ bir işə gələn vətəndaş öz avtomobilini minimum 9 saat park etməlidir.Onda hər gün 9 manatı necə ödəsin???????? Bunu fikirləşən var?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*