KONKRET.az xarici KİV-ə xəbər verir ki, seneqaləsilli fransalı müdafiəçi Ramazan ayında oruc tutduğu üçün susuz qalıb. Bu səbəbdən onun hər iki baldırında sancılar yaranıb və oyunçu əvəzlənib.
Qeyd edək ki, Fransa Futbol Federasiyası (FFF) təşkilatın nizamnaməsinə istinad edərək, Ramazan ayında keçirilən matçlarda müsəlman futbolçular üçün fasilə verilməsinə qarşı çıxıb. Bundan əvvəl İngiltərədə ölkə çempionatının oyunlarında belə fasilələrin tətbiqi qərara alınmışdı.