Oruc tutan futbolçular Azərbaycan çempionatının oyunları zamanı iftarını aça biləcəkbackend

Oruc tutan futbolçular Azərbaycan çempionatının oyunları zamanı iftarını aça biləcək

Ramazan ayı münasibətilə bəzi futbol çempionatlarında iftar vaxtına düşən matçlar zamanı fasilənin yaradılması ilə bağlı qərarlar qəbul edilib. 

KONKRET.az xəbər verir ki, bu barədə, Peşəkar Futbol Liqasının media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

O bildirib ki, Misli Premyer Liqası oyunlarında rəsmi qərar əsasında fasilə yaradılmasa da, hakimlər oruc tutan futbolçulara oruclarını açmasını icazə verəcək. Referilər matç zamanı yaranan fasilələr zamanı (top oyundan çıxarkən, qayda pozuntusu, əvəzetmələr yerinə yetirilərkən və s.) oyunçulara oruclarını açması üçün şərait yaradacaq.

Qeyd edək ki, Misli Premyer Liqasında XXVIII tura martın 31-dən start veriləcək./Offsideplus.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*