Amerika Kino Sənəti və Elmləri Akademiyası Los-Ancelesdə baş verən meşə yanğınları səbəbindən Oskar mükafatına namizədlərin siyahısının dərcini yanvarın 17-dən 19-na təxirə salıb.
KONKRET.az xəbər verir ki, bu barədə akademiyanın direktoru Bill Kramerin məktubunda deyilir:”Kaliforniyadakı dağıdıcı yanğınlardan zərər çəkənlərə səbrli olmağı arzu edirik. Üzvlərimizin və həmkarlarımızın çoxu Los-Anceles bölgəsində işləyir. Biz sizi düşünürük. Oskar mükafatına namizədlərin elanı yanvarın 17-dən yanvarın 19-na keçirilir”. Xatırladaq ki, 97-ci “Oskar” mükafatlandırma mərasimi bu il martın 2-də baş tutacaq. Mərasimi komediya ustası Konan O’Brayen aparacaq.
Vəli Həsənoğlu,
KONKRET.az