Osmaniyədəki zəlzələlərdən sonra zərərin qiymətləndirmə işlərində 352 binanın dərhal sökülməsinə qərar verilib
KONKRET.az “CNN türk”ə istinadən xəbər verir ki, Osmaniyedə Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Müdirliyinin qrupları tərəfindən indiyədək 60 min 501 binada yoxlama aparılıb.
Binalardan 38 min 501-nin zədəsiz, 3 min 311-nin ağır, 12 min 389-nun yüngül zədələnmiş olduğu müəyyənləşib.
Qeyd edək ki, Türkiyədə baş verən zəlzələlər Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya, Hatay və Elazığda böyük dağıntılara səbəb olub.
