Oteldə baş verən yanğında 9 nəfər ÖLDÜbackend

Oteldə baş verən yanğında 9 nəfər ÖLDÜ

Çinin cənubundakı Quyçjou əyalətində oteldə yanğın baş verib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Qeyd olunub ki, yanğın nəticəsində 9 nəfər ölüb, daha iki nəfər yaralanıb.

Fövqəladə Hallar İdarəsinin məlumatına görə, yanğın cümə günü Pekin vaxtı ilə saat 01:00-da baş verib.

Yanğın tez bir zamanda söndürülüb. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbləri araşdırılır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*