Almaniyada Almaniyada Mozel çayının sahilində yerləşən otelin bir hissəsi uçub. 2 nəfər həlak olub, daha iki nəfər dağıntılar altında qalıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, xilasedicilər onların bəziləri ilə mobil telefon vasitəsilə əlaqə saxlamağa nail olublar. Beş nəfər xilas edilib. 2 yaşlı uşaq sağ qalıb. Uşağın anası isə yüngül xəsarət alıb. Daha sonra uşağın atası da xilas edilib. Otelin çökməsinin səbəbi hələ müəyyən edilməyib. Orijinal otel binasının 17-ci əsrdə tikildiyi güman edilir, lakin 1980-ci illərdə əlavə mərtəbələr əlavə edilib. Xilasetmə əməliyyatlarında Fövqəladə Hallar Nazirliyinin 250 əməkdaşı, o cümlədən pilotsuz uçuş aparatlarının mütəxəssisləri, həmçinin xilasedici itlər iştirak edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
