Ötən il İranda edam olunanların sayı AÇIQLANDIbackend

Ötən il İranda edam olunanların sayı AÇIQLANDI

İranda keçən il ən azı 582 nəfər edam edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, insan haqları təşkilatlarının hesabatına əsasən bu, 2015-ci ildən bəri ən yüksək göstəricidir.

Bildirilib ki, hüquq müdafiəçilərinin 333 edam faktını qeydə aldığı 2021-ci illə müqayisədə artım 75% təşkil edib.

Məlumata görə, edam edilənlərin yarısından çoxu narkotiklə əlaqəli, 49%-i isə qətl ittihamı ilə ölüm cəzasına məhkum edilib.

İranın İnsan Haqları təşkilatının direktoru Mahmud Əmiri-Müqəddam bildirib ki, ittihamlardan asılı olmayaraq hər bir edam siyasi xarakter daşıyır.

Onun sözlərinə görə, hökumət xalq arasında qorxu yaratmaq üçün qeyri-siyasi ittihamlarla edamların sayını artırıb.

Hesabatın tərtibçiləri ölüm hökmlərinin elan edilməsində şəffaflığın olmamasına diqqət çəkiblər. Onlar bəyan edib ki, bütün edamların 88%-dən çoxu rəsmi orqanlar tərəfindən ictimaiyyətə açıqlanmayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*