Birinci Kanalın keçmiş redaktoru Marina Ovsyannikova zəhərlənməsi ilə bağlı versiyanı təsdiqləməyib.
KONKRET.az xəbər verir ki, bu barədə jurnalistin Telegram kanalında məlumat yayımlanıb.
“Küçədə özümü pis hiss etdim. Mənim üçün həkim çağırdılar. Vəziyyətimin pisləşməsi o qədər qəfil oldu ki, Fransa polisi araşdırma aparmaq qərarına gəldi”, – o qeyd edir.
Jurnalist bildirib ki, mənzilinin qapısının dəstəyində “ağ toz” aşkarlanmayıb.
Onun sözlərinə görə, o, artıq özünü yaxşı hiss edir.
Qeyd edək ki, bir gün əvvəl Ovsyannikovanın xəstəxanaya yerləşdirilməsi barədə Le Figaro, AFP və Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) rəhbəri Kristof Deluar məlumat vermişdi.
Ariz Həsənoğlu,
KONKRET.az
