Özbəkistan bankları “Mir” kartlarına xidməti DAYANDIRDIbackend

Özbəkistan bankları “Mir” kartlarına xidməti DAYANDIRDI

Özbəkistan bankları 23 sentyabr saat 09:00-dan etibarən “Mir” ödəniş sisteminin kartlarına xidməti və “Uzcard-Mir” birgə nişanlı kartların xaricdə fəaliyyətini dayandırıb.

KONKRET.azİnterfax“a istinadən xəbər verir ki, bu barədə “Uzcard” Vahid Respublika Prosessinq Mərkəzindən bildirilib.

“Bu qərar “Uzcard” ödəniş sistemi tərəfindən zəruri texniki prosedurların aparılması ilə əlaqədar qəbul edilib”, – məlumatda deyilir.

Qeyd edək ki, martın əvvəlində “Uzcard” texniki işlərlə əlaqədar “Mir” kartlarının qəbulunu bir neçə gün müddətinə dayandırıb.

2019-cu ilin mart ayında “Mir” ödəniş sistemi və Özbəkistanın “Uzcard” şirkəti əməkdaşlıq müqaviləsi imzalayıb. Bu müqaviləyə əsasən, 2020-ci ildən Özbəkistandakı banklar “Mir” kartlarını qəbul etməyə başlayıb.

Bundan əvvəl bir sıra xarici banklar ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin xəbərdarlığı ilə “Mir” kartlarının qəbulunun dayandırıldığını elan ediblər.

Sentyabrın əvvəlinə olan məlumata görə, Mir kartları 11 ölkədə, Türkiyə, Vyetnam, Cənubi Koreya, Ermənistan, Özbəkistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistanda qəbul edilib.

Qeyd edək ki, “Mir” ödəniş kart sistemini 2015-ci ildə Rusiya təsis edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*