Özgür Özəldən son dəqiqə AÇIQLAMASI – “Sabahdan başlayırıq”backend

Özgür Özəldən son dəqiqə AÇIQLAMASI - "Sabahdan başlayırıq"

İstanbulda şəhər bələdiyyəsinin həbs edilmiş başçısı Əkrəm İmamoğluna dəstək məqsədilə İstanbulda  mitinq keçirilib.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün imza toplama kampaniyasına start verəcəklərini bildirib.

O, İstanbulda keçirilən mitinqdə çıxışı zamanı bildirib:

“Sabahdan etibarən İstanbul meri Əkrəm İmamoğlunun azadlığa buraxılması və erkən seçkilərin keçirilməsi üçün imza toplamağa başlayacağıq”.

Xatırladaq ki, Türkiyədə prezident seçkiləri 2028-ci ilə təyin edilib, lakin müxalifət növbədənkənar seçkilərin tez bir zamanda keçirilməsinə çalışır.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*