Özünü bıçaqlayan Sumqayıt sakini xəstəxanada ölübbackend

Özünü bıçaqlayan Sumqayıt sakini xəstəxanada ölüb

Sumqayıt şəhərində ölüm hadisəsi qeydə alınıb.

KONKRET.AZ bildirir ki, APA-nın yerli bürosunun məlumatına görə, şəhər sakini, 1981-ci il təvəllüdlü İsmayılov Ramin Çingiz oğlu bədəninin müxtəlif yerlərinə bıçaqla xəsarət yetirib.

Çoxlu qan itirən R.İsmayılov xəstəxanaya çatdırılsa da həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Onun aliment borcu olduğundan canına qəsd etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*