Pakistan Ermənistana ilk səfirini təyin etdibackend

Pakistan Ermənistana ilk səfirini təyin etdi

Pakistan diplomatik münasibətlərin qurulmasından bir il sonra Ermənistana ilk səfirini təyin edib.

KONKRET.az xəbər verir ki, diplomatik nümayəndəliyin rəhbəri Şövqət Əli Xan Ermənistan Prezidenti Vaaqn Xaçaturyan tərəfindən qəbul edilib.

Səfir görüş zamanı etimadnaməsini dövlət başçısına təqdim edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Qeyd edək ki, diplomatik münasibətlər qurulana qədər Pakistan dünyada Ermənistanı tanımayan yeganə ölkə olub.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*