Pakistanın Karaçi şəhərində təhlükəsizlik qüvvələrini daşıyan avtomobilə bombalı hücum edilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə rayon polis rəisi Səccad Xan bildirib.
Belə ki, hücum Kəraçinin Səddar rayonunda baş verib. Yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində bir nəfər həyatını itirib, 13 nəfər yaralanıb. Xəsarət alanların ikisi təhlükəsizlik əməkdaşıdır.
Həmçinin Səccad Xan hadisə zamanı çoxlu avtomobilə ziyan dəydiyini də bildirib.
Hələlik heç kim partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.
Qeyd edək ki, keçən ay universitet şəhərciyinə edilən hücum zamanı üç Çin və bir Pakistan vətəndaşı həlak olub. Hücuma görə məsuliyyəti “Bəlucistan Azadlıq Ordusu” adlı separatçı qrup öz üzərinə götürüb.
İqbal Rzayev,
KONKRET.az