DÇ-də final matçı təxirə salına bilərbackend

DÇ-də final matçı təxirə salına bilər

İspaniya və Argentina milli komandaları arasında keçiriləcək futbol üzrə dünya çempionatının final matçı Kanadadakı meşə yanğınları səbəbindən təxirə salına bilər.

KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, qatı tüstü Kanadanın bir neçə şəhərinə yayılaraq ABŞ-nin şimal ştatlarına qədər çatıb. Artıq Çikaqoda küçə tədbirləri və MLS çərçivəsində keçirilməli olan “Çikaqo Fayr” – “Vankuver Uaytkeps” qarşılaşması ləğv edilib. Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) havanın çirklənmə səviyyəsini qiymətləndirmək və göstəricilər sağlamlıq üçün təhlükəli olacağı təqdirdə oyun cədvəlini dəyişdirmək üçün xüsusi protokollara malikdir.

Həlledici final görüşünün iyulun 19-da ABŞ-nin İst-Raterford şəhərindəki “Metlayf” stadionunda keçirilməsi və Bakı vaxtı ilə saat 23:00-da başlaması planlaşdırılır.

Qeyd edək ki, DÇ-2026 tarixində ilk dəfə olaraq 32 deyil, 48 komandanın iştirak etdiyi turnir kimi yadda qalıb. FIFA tərəfindən qəbul edilən bu yeni format iştirakçı komandaların coğrafiyasını genişləndirməyə imkan verib və əlavə 40 oyun yaradaraq ümumi matçların sayını 104-ə çatdırıb. Eyni zamanda, FIFA prezidenti Canni İnfantino təşkilatın gələcəkdə komandaların sayını 64-ə qədər artırmaq ehtimalını nəzərdən keçirdiyini də açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*