Pakistanda dövlət məmuru öldürüldübackend

Pakistanda dövlət məmuru öldürüldü

Silahlı yaraqlılar Pakistanın cənub-qərbində yüksək rütbəli bir dövlət məmurunu daşıyan avtomobilə pusqu quraraq, onu öldürüb və iki nəfəri yaralayıblar.

KONKRET.az xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.

Yerli polis sözçüsü Xadakhait Banqulzai bildirib ki, Bəlucistanın Mastunq rayonunda komissar müavini Zakir Bəluca qarşı törədilən hücumun məsuliyyətini hələ heç kim üzərinə götürməyib.

Daxili işlər naziri Mohsin Naqvi və Bəlucistanın baş naziri Sərfraz Buqti hücumu pisləyib və səlahiyyətlilərə hücumun arxasında olanları həbs etməyi əmr ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*