Pakistanda yerləşən Broud-Pik dağında baş verən qar uçqunu dünya rekordu sahibi, nepallı alpinist Nirmal Purcanın həyatına son qoyub.
KONKRET.az “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə onun təsis etdiyi “Elite Exped” komandasının nümayəndələri məlumat yayıblar.
“Böyük kədər hissi ilə təsdiqləyirik ki, Nirmal Purca Broud-Pikdə baş verən qar uçqunu nəticəsində faciəli şəkildə həlak olub. Təəssüf ki, ekspedisiyanın digər iştirakçılarının da sağ qalmadığı təsdiqlənib”, – deyə açıqlamada bildirilib.
Nirmal Purca nepallı alpinist və Böyük Britaniyanın xüsusi təyinatlı qüvvələrinin sabiq hərbçisi idi. O, 2019-cu ildə əldə etdiyi dünya rekordu ilə geniş tanınıb.
Purca dünyada hündürlüyü 8 min metrdən çox olan 14 zirvənin hamısını cəmi 6 ay 6 gün ərzində fəth etməklə tarixə düşmüşdü. Ondan əvvəlki rekordun sahibi isə bu zirvələri təxminən 8 ilə tamamlamışdı.

