Pakistanda toya gedən insanlar çayda batdı – 20 nəfər öldübackend

Pakistanda toya gedən insanlar çayda batdı - 20 nəfər öldü

Pakistanda 100-dən çox adamı daşıyan qayıq çayda batıb.

KONKRET.az xəbər verir ki, bu barədə Pakistanın “Geo News TV” telekanalı məlumat yayıb.

Yerli rəsmilər ən azı 20 nəfərin öldüyünü, daha 30 nəfərin itkin düşdüyünü bildirib.

Həddindən artıq yüklənmiş qayıq Sadiqabad bölgəsində, Hind çayında aşıb.

90-a yaxın adamın dalğıclar tərəfindən xilas edildiyi bildirilən açıqlamada sərnişinlərin əksəriyyətinin qadın və uşaqlar olduğu qeyd edilib.

Qayıqdakı şəxsləri  qohum olduğu və onların çayın bir tərəfindən digərinə toya gedən zaman batdığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*