Qırğızıstaınnın tibb universitetlərində oxuyan pakistanlı tələbələr lazımi təhsil almırlar.
KONKRET.az Sputnik Qırğızıstana istinadən xəbər verir ki, bunu Pakistanın səhiyyə naziri Nadim Yanq qırğızıstanlı həmkarı Alımkadır Beyşənəliyevlə görüşündə deyib.
Pakistan Səhiyyə Nazirliyinin rəhbərinin sözlərinə görə, Qırğızıstanda təhsil almış tələbələr vətənə qayıdandan sonra attestasiyadan keçə bilmirlər.
Öz növbəsində, Qırğızıstan naziri müvafiq bilik verməyən tibb universitetlərinin işini yoxlamağa, zərurət yaranarsa, onların tələbi ilə tələbələri digər təhsil müəssisələrinə köçürməyə hazır olduğunu açıqlayıb.
Natiq Səlim,
KONKRET.az
