Panama millisinin futbolçusu qətlə yetirildibackend

Panama millisinin futbolçusu qətlə yetirildi

Panama milli komandasının oyunçusu Hilberto Hernandez Kolon şəhərinin küçəsində atışma nəticəsində dünyasını dəyişib. 

KONKRET.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.  Hadisə zamanı daha 7 nəfərin yaralandığı bildirilir. Hernande isə xəstəxanada vəfat edib. Həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, 26 yaşlı müdafiəçi Panama millisində iki oyun keçirib.

Futbolçunu qətlə yetirdiyi iddia edilən şəxs həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*