Papa Fransisk sonuncu dəfə 1975-ci ildə dənizdə olduğunu açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Papa TG1 kanalına müsahibəsində bildirib.
“Mən 1976-cı ildə də dənizə getməli idim, amma dedilər ki, çevriliş olacaq. Və inqilab baş verdi. Və bundan sonra dənizə qayıtmadım. Dənizi çox sevirəm, çox xoşuma gəlir”, – o, deyib.
Futbola olan həvəsi ilə tanınan papa Lionel Messi və ya Dieqo Maradona daha yaxşıdır sualına belə cavab verib: “Üçüncünü əlavə edərdim Pele. Mən Pele ilə Buenos-Ayresdə olarkən təyyarədə tanış oldum, söhbətimiz əla alındı.Hər üçü əladır”, – Papa qeyd edib.
Ariz Həsənoğlu,
KONKRET.az
