Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında yarımfinal görüşünü keçirib.
97 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Gürcüstandan olan Givi Matçaraşvili ilə qarşılaşıb.
Bu mübarizədə Azərbaycan təmsilçisi rəqibinə 0:5 hesabı ilə məğlub olub
***
Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
KONKRET.az xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda polşalı Mateuş Baranovski ilə qarşılaşıb.
Görüşdə təmsilçimiz 7:2 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
***
Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
KONKRET.az xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan idmançı 1/8 finalda Dominikan Respublikasından olan Luis Migel Pereslə üz-üzə gəlib.
Görüş təmsilçimizin 9:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
