Paris-2024: İndoneziya komandasının əməkdaşı qarət olundubackend

Paris-2024: İndoneziya komandasının əməkdaşı qarət olundu

İndoneziyanın badminton üzrə olimpiya komandasının əməkdaşı Arman Darmaci qarət olunub.

KONKRET.az “Antara” nəşrinə istinadən xəbər verir ki, hadisə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları zamanı baş verib.

Yığmanın menecerinə məxsus çanta bazar ertəsi avtomobildən oğurlanıb. Cinayətkarlar pul, kredit kartı və pasportu götürüblər.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*