Kredit borcu olan şəxslər də qurban kəsməlidir? – VACİB AÇIQLAMAbackend

Kredit borcu olan şəxslər də qurban kəsməlidir? - VACİB AÇIQLAMA

Qurban bayramı ərəfəsində ən çox müzakirə olunan mövzulardan biri də kredit borcu olan şəxslərin qurban kəsib-kəsməməsi ilə bağlıdır. Xüsusilə, son illərdə ailələrin böyük hissəsinin bank öhdəlikləri daşıdığı nəzərə alınarsa, bu məsələ dini baxımdan da maraq doğurur.

Bəs kredit borcu olan şəxsin qurban kəsməsi vacib sayılırmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, Qurban bayramında Allah yolunda qurban kəsmək maddi imkanı çatan müsəlman üçün vacib ibadətlərdən hesab olunur.

ilahiyyatçı Tural İrfan - ən son xəbərlər və yeniliklər | Medianews.az

Onun sözlərinə görə, kredit və faizli borcu olan şəxsin həmin vəsait hesabına qurbanlıq alması dini baxımdan düzgün sayılmır:

“Lakin kredit kimi faizli borcu olan şəxsin həmin puldan qurbanlıq alıb kəsməsi məqbul deyil. Bu, şərabla dəstəmaz almaq kimidir. Sələm, kredit ciddi zərurət olmadıqca götürmək məqbul hesab olunmur. Belə olduğu halda hələ həmin puldan qurban kəsmək qətiyyən doğru deyil”.

İlahiyyatçı qeyd edib ki, borc və kredit öhdəliyi olan şəxslər üçün qurban kəsmək dini vəzifə sayılmır:

“İslam dini heç kəsi gücü, imkanı çatmadığı ibadətə məcbur etmir.

Maddi imkanı olanlar qurban ibadətini yerinə yetirib əsasən buna imkanı çatmayanlara paylamalıdır. Dinin mənəvi və sosial tərəfi bunu tələb edir”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*