Ərdoğan Azərbaycana təşəkkür etdi – FOTObackend

Ərdoğan Azərbaycana təşəkkür etdi - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda törədilən terror aktı ilə əlaqədar rəsmi Ankaraya verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

KONKRET.az xəbər verir ki, bu barədə dövlət başçısı tviterdə paylaşım edib.

“İstiqlal prospektində törədilmiş terror aktını pisləyən, kədərimizi bölüşən, başsağlığı verən bütün ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edirəm”, – o bildirib.

Qeyd edək ki, noyabrın 13-də Türkiyənin İstanbul şəhərinin İstiqlal küçəsində terror aktı törədilib. Nəticədə 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*