Araqçidən son dəqiqə Hörmüz açıqlamasıbackend

Araqçidən son dəqiqə Hörmüz açıqlaması

İranın xarici işlər naziri Abbas Araqçi Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə apardığı müzakirələr zamanı Tehranın strateji dəniz yolları ilə bağlı mövqeyini diqqətə çatdırıb.

Nazir qeyd edib ki, İran dünyanın ən mühüm gəmiçilik marşrutlarından biri olan Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsində öz “tarixi borcunu” yerinə yetirməyə davam edəcək.

KONKRET.az xəbər verir ki, Araqçi həmkarı ilə keçirdiyi məhsuldar görüş barədə sosial şəbəkə hesabında paylaşım edib. O, regional hadisələri müzakirə etdiklərini və İranın Hörmüz boğazında təhlükəsizliyin qorunması məsuliyyətinə sadiq qaldığını bir daha təsdiqlədiyini bildirib.

Nazir həmçinin əlavə edib ki, İran bütün dost ölkələr üçün etibarlı tərəfdaşdır və bu dövlətlər ticarət təhlükəsizliyi məsələsində Tehrana arxalana bilərlər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*