Deputat Kamran Bayramov sənədsiz evlərə əmlak amnistiyasının tətbiq edilməsini təklif edib.
KONKRET.az xəbər verir ki, K. Bayramov parlamentdə çıxışında qeyd edib ki, bu, bir çox problemlərin həllinə səbəb olacaq: “Belə ki, bu, həm vətəndaşların əmlakları üzərində sərəncam vermək hüququnu təmin edəcək, həm də ölkənin daşınmaz əmlak bazarını canlandıracaq. Eyni zamanda, bələdiyyələrin yığdığı fiziki şəxslərin torpaq və əmlak vergiləri üzrə vergitutma bazasını genişləndirəcək, yerli büdcələrə və dövlət büdcəsinə daxil olan vəsaitlərin əhəmiyyətli dərəcədə artmasına xidmət edəcək. Eyni ləngimə bələdiyyə torpaqları üzərində mülkiyyət sənədlərinin və xəritələrin verilməsi prosesində də yaşanır.
Bununla əlaqədar, sənədsiz evlərin sənədləşdirilməsi və bələdiyyə torpaqları üzərində mülkiyyət sənədlərinin və xəritələrin verilməsi işinin tezliklə başa çatdırılması məqsədilə 2022-ci il dövlət büdcəsindən İqtisadiyyat Nazirliyinə ayrılması nəzərdə tutulan vəsaitin artırılmasını xahiş edirəm”.

10, 35, 110, 220, 330, 500 kilovoltluq elektrik xətlərinin, neft və qaz kəmərlərinin, dəmir və avtomobil yollatının mühafizə zolağınfa tikilmiş evlər necə sənədləşdirilə bilər, ay deputat? Onfa bütün kommuniladoya xətlərinin yeri dəyişdirilməlidir. Məsələ ondadır ki, kommunikasiuaları yerini dəyişmək demək olar ki, mümkün deyil çünki həmin torpaqlar da bələdiyyələr tərəfindən qanunsuz olaraq satılıb. Həmin cinayəti törədənləri, əhalini aldadıb pulunu əlindən alıb ona əsassız sənədlər verənləri cəzalandırmaq əvəzinə Siz qanunların pozulması faktınının dövlət tərəfindən tanınmasını istəyirsiz. Hələ gələcəkdə cəkiləcək kommunikasiya xətlərini demirəm. Görəsən Bakı şəhərinə o xətlər hansı ərazilərdən çəkiləcək?