Türkiyədə partiya lideri koronavirusdan ölüb.

KONKRET.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Müstəqil Türkiyə Partiyasının (Bağımsız Türkiyə Partisi) sədri Haydar Baş koronavirusdan ölüb.
Xatırladaq ki, Haydar Baş dünən koronavirusa yoluxma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Partiya liderinin ailə üzvlərinin də koronavirusa yoluxduğu qeyd edilmişdi.
