Fransada sağçı “Milli Birlik” partiyasının lideri Jordan Bardella ölkənin şərqində kənd təsərrüfatı yarmarkasında seçicilərlə görüşərkən insidentlə qarşılaşıb.
KONKRET.az “Le Parisien” nəşrinə istinadla xəbər verir ki, hadisə Bokruassan kommunasında baş verib.
Siyasətçi izdihamın arasından keçərək avtoqraf payladığı və tərəfdarları ilə selfi çəkdirməyə çalışdığı vaxt naməlum şəxs onun başına sarımsaq fırladıb. Zərbədən dərhal sonra təhlükəsizlik xidmətinin əməkdaşları siyasi liderin ətrafını əhatəyə alaraq onu mühafizə ediblər.
Məlumata görə, kütlə baş verənlərə etiraz etsə də, Bardellanının gəlişindən əvvəl bəzi ticarətçilər sıxlığın onların gəlirlərinə mənfi təsir göstərəcəyindən narazılıqlarını bildirmişdilər.
Xatırladaq ki, bu, sağçı liderə qarşı ilk belə hücum deyil. Ötən ilin payızında Muassak şəhərində “Fransızlar nə istəyir?” kitabının təqdimatı zamanı 70 yaşlı bir kişi Bardellaya yaxınlaşaraq onun başında yumurta sındırmışdı. Həmin şəxs polis tərəfindən dərhal saxlanılmışdı.
