“Paşinyan Armen Qriqoryan məsələsində Marqarita Simonyandan QİSAS ALDI” – Koçaryanbackend

"Paşinyan Armen Qriqoryan məsələsində Marqarita Simonyandan QİSAS ALDI" - Koçaryan

“Armen Qriqoryana münasibət həm də Marqarita Simonyandan qisas alınmasının nəticəsidir”.

KONKRET.az xəbər verir ki, bunu mətbuat konfransında media eksperti Tiqran Koçaryan deyib. O bildirib ki, Paşinyan Armen Qriqoryanı həbs etdirməklə Marqarita Simonyandan qisas alıb.

“Kino prodüseri, ictimai xadim Armen Qriqoryan bizim hakimiyyətin sadəcə olaraq nifrət etdiyi Marqarita Simonyanın ailəsinin yaxın dostu idi. Biz bilirik ki, Nikol Paşinyana Simonyan və onun əri tərəfindən necə tənqid olunur. Paşinyanın çox qisasçı və qorxaq olduğunu nəzərə alsaq, onun Armen Qriqoryana münasibəti ilə müəyyən dərəcədə Marqarita Simonyandan qisas aldığını güman etmək olar.

Digər belə nümunə Nikol Paşinyanın göstərişi ilə Ermənistana buraxılmayan Murad Papazyanın işidir. Paşinyan, sadəcə olaraq, son səfəri zamanı Fransada o qədər də isti qarşılanmadığından üzüldü… Və buna görə də Ermənistana xeyirxahlıqdan başqa heç nə etməyən, ona təzyiq edən bir şəxsin Ermənistana girişini qadağan etmək qərarına gəldi. O, bütün həyatını Türkiyəyə hər cür şəkildə təzyiqə, bütün siyasi həyatını isə Ermənistana və “Arsax”a həsr etdi.

Əgər o, belə alçaq addımlar atmağa qadirdirsə, onda biz niyə istisna etməliyik ki, Armen Qriqoryan məsələsində Paşinyan Simonyandan və bütövlükdə Rusiyadan qisas alıb?”, – deyə Tiqran Koçaryan sərsəmləyib.

Xatırladaq ki, Armen Qriqoryan məhkəmə zalında ölüb.

Qriqoryan rusiyayönümlü fikirlərə sadiq idi və Rusiya Federasiyasının vətəndaşı idi.

O, mayın 17-də Ermənistanın “vətəndaşlarının milli ləyaqətini açıq şəkildə alçaltmaq” ittihamı ilə saxlanılıb və iki ay müddətinə həbs edilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*