“Paşinyan “arsax” xalqını Qarabağda yaşayan ermənilər adlandırdı” – Aşotyanbackend

"Paşinyan "arsax" xalqını Qarabağda yaşayan ermənilər adlandırdı" - Aşotyan

“Paşinyan hətta “arsax” xalqını Qarabağda yaşayan ermənilərə çevirdi”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanda fəaliyyət göstərən “Respublika” partiyasının sədr müavini Armen Aşotyan öz Facebook səhifəsində yazıb.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının 77-ci sessiyasındakı çıxışına münasibət bildirib.

“Primitiv, dəyərsiz mətn, biabırçı çıxış, Rusiya haqqında axmaq zarafatlar… “Arsax” xalqının öz müqəddəratını təyinetmə hüququnun olmaması da bura daxildir.

Hətta Paşinyan “arsax” xalqını Qarabağda yaşayan ermənilərə adlandırdı.

Ordunu tərk edən, xarici siyasətdə uğursuzluğa düçar olan bu kəmağıl demokratiyaya ümid bəsləyir”, – deyə Aşotyan vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*