Paşinyan: “Ciddi qurumlar hökumətlə işləmək istəmir”backend

Paşinyan: “Ciddi qurumlar hökumətlə işləmək istəmir”

“Belə bir tendensiya var ki, Ermənistan hökumətinin əməkdaşlıq etmək istədiyi ciddi təşkilatlar çox vaxt icra orqanı ilə işləməkdən yayınırlar”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan hökumətinin iclasında Nikol Paşinyan deyib.

“Bizi tez-tez ittiham edirlər ki, hökumət pul verəndə onun hesabatnı çox ciddi şəkildə tələb edir. Çünki biz sui-istifadə hallarının olmasını istəmirik. Qanunun çevikliyi ilə bu dilemmaları təmin etməliyik ki, biz və şirkətlər bir-birimizlə məmnuniyyətlə əməkdaşlıq edək”, – deyə o bildirib.

Onun sözlərinə görə, satınalma prosesləri heç də həmişə müasir prosedurlara və ya müasir işgüzar münasibətlərə uyğun gəlmir. Baş nazirin sözlərinə görə, hökumət bəzən az tədbirlər görür və beləliklə, sistem lazımsız şəkildə gərginləşir.

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*