“2021- ci ildə Qarabağdan erməni “ordu”sunu çıxarmaq tələbi var idi, lakin biz buna yol vermədik”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müşaviri Vladimir Poqosyan deyib.
“2021-ci ildə Qarabağ “ordu”sunun buraxılması tələbi var idi. Biz, Rusiya nümayəndələri dedik ki, buna yol vermək olmaz. Bu, mümkün deyil. Ermənistan ordusu ilə özünüz bilərsiniz, amma Qarabağ “ordu”suna toxunmağa icazə vermərik.
Başa düşdüm ki, burada nəsə baş verir. Mən Vitali Balasanyanla əlaqə saxladım. Balasanyan mənə dedi ki, Qarabağ “ordu”sunun buraxılmasından xəbərdardır və əla qiymətləndirir. Deyir, burada pis nə var ki? Luqanskdakı kimi “xalq milisi” olacaq.
Soruşdum ki, daha kimin ağlında belə “fikir” var? Arayik bilirmi , Paşinyanın xəbəri varmı? Üçünüz də bununla razılaşırsınızmı?
Dedi, bəli, Arayik Arutyunyan və Nikol Paşinyan bundan xəbərdardırlar. O, bunda səhv bir şey görmədi.
Dedim, siz bu işə qarışmayın, bu, sizin işiniz deyil.
Mən bu barədə Baş Qərargah rəisi ilə danışdım. O, kəskin mövqeyini saxladı və Qarabağ “ordu”sunu qorudu”, – deyə o bildirib.
Qeyd edək ki, bundan qabaq Poqosyan bildirmişdi ki, Qarabağdakı “müdafiə ordusu” Ermənistanın briqadasıdır.
Xuraman Etibarlı,
KONKRET.az
