Paşinyan: “Dağlıq Qarabağa görə çox məyusam”backend

Paşinyan: “Dağlıq Qarabağa görə çox məyusam”

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yenə nala-mıxa vurub. Amma dediyi bəzi məqamlar diqqəti cəlb edir. Konkret.az erməni mediasına istinadla xəbər verir ki, Xarici İşlər Nazirliyinin aparatında xarici ölkə səfirlinkərində çalışan diplomatlar qarşısında çıxış edən Paşinyan bildirib ki, “Baş nazir olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət və ümumiyyətlə, Qarabağ məsələsinə beynəlxalq münasibət məni çox məyus edir. Nəinki beynəlxalq aləmdə, hətta özümüz də müxtəlif beynəlxalq məkanlarda, o cümlədən Minsk Qrupu həmsədrliyi çərçivəsində danışıqlarda bəzən Qarabağ münaqişəsinin səbəbləri, siyasi və hüquqi nüanslar barədə məntiqi itiririk. Bu mənada Dağlıq Qarabağ münaqişəsinin mənşəyi, səbəbləri və konteksti ilə bağlı əsas məlumatların daim yenilənməsini son dərəcə vacib hesab edirəm. Çünki beynəlxalq ictimaiyyətin Qarabağ problemi barədə kifayət qədər məlumatlı olması ehtimalını rəhbər tutsaq da, görünən odur ki, açıq həqiqətlər çox vaxt unudulur, itirilir və daha da pisləşir. Biz bu problemə xüsusi diqqət yetirməliyik və münaqişənin nüanslarını təqdim etməkdə və yaymaqda ardıcıl olmalıyıq”,-deyə Paşinyan vurğulayıb.

 

Rəhim Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*