Noyabrın 20-də Ermənistan prezidenti Armen Sarkisyan Vaqarşak Arutyunyanı müdafiə naziri təyin edib.
KONKRET.az xəbər verir ki, baş nazir Paşinyan yeni təyinata münasibətini bildirərkən deyib ki, “Baş verənləri ciddi şəkildə təhlil etməli, harada səhv etdiyimizi, niyə səhv etdiyimizi anlamalı və bu səhvlərdən nəticə çıxarmalıyıq. Ümumiyyətlə, Silahlı Qüvvələrdə və orduda islahatların aparılması zərurəti ilə üz-üzə qaldığımız məlumdur”.
Hökumət başçısı əlavə edib ki, indi Ermənistan Silahlı Qüvvələrini yeni məntiq və strategiya ilə qurmaq lazımdır. “Ordu ölkəmizin təhlükəsizliyinin qarantıdır”, – deyə o əlavə edib.
