“Paşinyan məndən yox, əsgər analarından qorxsun!” – Millət vəkilibackend

“Paşinyan məndən yox, əsgər analarından qorxsun!” - Millət vəkili

“Aksiyaların başlanmasından saat yarım əvvəl məni (polisə-red) dindirməyə çağırdıqları üçün müxalifətin mitinqlərində iştirak edə bilmirəm”.

KONKRET.az xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Sarukyan “168.am”a müsahibəsində deyib.

“Onlar (Ermənistan hakimiyyəti – red.) ən çox Sarukyanın xalqla görüşə biləcəyindən qorxurlar. Ancaq Sarukyandan qorxmağa ehtiyac yoxdur. Siyasətlərindən, biabırçı məğlubiyyətlərindən qorxmalıdırlar. Müharibədə iştirak etməyə və qələbəyə cəhd edən bütün dünya ermənilərindən qorxmalıyıq. Ölənlərin və itkin düşən əsgərlərin valideynlərindən qorxsunlar”, -deyə Sarukyan qeyd edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*