“Paşinyan orduda təmizləmə apara bilmir” – Ekspertbackend

"Paşinyan orduda təmizləmə apara bilmir" - Ekspert

Naxçıvan istiqamətində Ermənistan tərəfindən atəşkəsin pozulması təsadüfi deyil. Ermənistanın Konstitusiya Məhkəməsi Azərbaycanla dövlət sərhədinin delimitasiyası ilə bağlı imzalanmış müddəaların əsas qanuna uyğun olmasını təsdiq edib. Dünən isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ABŞ-də görüşüb”.

KONKRET.az xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.

O qeyd edib ki, Blinkenun vasitəçiliyi ilə baş tutan görüş danışıqların müsbət istiqamətdə irəliləməsinə töfhə verir:

“Dünən Naxçıvan istiqamətində sərhəddə Ermənistan tərəfindən atəşkəs pozulub. Göründüyü kimi, Ermənistan Konustitusiya Məhkəməsi qərar verdiyi və xarici işlər nazirlərinin görüşü fonunda atəşkəsin pozulması təsadüfi deyil. Ermənistan ordusunda siyasi anlaşmaları sabotaj edən qüvvələr var. Paşinyan ordusunda təmizləmə işləri apara bilmir. Ermənistan hökuməti orduda təxribatçı qüvvələri təmizləməyincə proses davam etdikcə təxribatlara gediləcək. Hətta Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlanarkən Ermənistan ordusunda təxribatçı qüvvələr geniş miqyaslı təxribatlar törədəcək. Bununla Paşinyana mesaj verilir ki, sülhü əngəllyə bilərik. Bu qüvvələr Köçaryan, Sarkisyan və Ermeni Qriqoryan kilsəsi tərəfindən idarə olunur”

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*