Ermənistan hakimiyyəti yaxın gələcəkdə Dağlıq Qarabağın yaşayış məntəqələrinin sakinlərinə maddi dəstək vermək niyyətindədir.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin rəsmi Teleqram kanalı məlumat yayıb. Məlumatda deyilir ki, Ermənistan hakimiyyəti Azərbaycanın nəzarətinə keçən Dağlıq Qarabağ yaşayış məntəqələrinin sakinlərinə maddi dəstək vermək niyyətindədir. Belə ki, hər bir erməni ailəsi 300 min dramlıq birdəfəlik yardım alacaqlar (təqribən 900 manat). Yardım proqramı “Hayastan” Ümumerməni Fondunun ayırdığı vəsait hesabına həyata keçiriləcək. Yardımı ancaq hərbi əməliyyatlar başlamazdan ən azı üç ay əvvələ qədər bu ərazilərdə yerləşməyə(?) başlayan ermənilər ala bilərlər.
Bundan əvvəl Baş nazir Nikol Paşinyan Ermənistana gələn qaçqınların hər birinə 83 min dram (təqribən 260 manat) alacağını bildirmişdi.
Surxay Atakişiyev,
KONKRET.az
