Paşinyan KTMT-nin mövcud olmadığını bildirib.
KONKRET.az xəbər verir ki, bunu oktyabrın 29-da hakim “Vətəndaş müqaviləsi” partiyasının qurultayında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, 2021-ci ilin yanvar razılaşmasının mühüm məqamlarından biri də Ermənistanın sərhədlərinin müttəfiqlərimiz üçün qırmızı xətt olması idi.
“2021-ci il mayın 12-də azərbaycanlılar Sotk-Xoznavar hissəsində sərhədi pozanda biz beynəlxalq sənədlər əsasında qırmızı xəttin pozulduğunu və işə salınmalı olan mexanizmlərin olduğunu bildirdik.
Bizə dedilər: bəli, amma sərhəd demarkasiya olunmayıb. Sərhədin haradan geçdiyini bilmədiyi barədə bəyanat bir şeyi ifadə edir – KTMT yoxdur. Çünki KTMT-nin üzv dövlətlərin sərhədləri daxilində qapalı olan məsuliyyət zonası var.
Əgər dövlətlərdən birinin sərhədi yoxdursa, deməli, KTMT-nin məsuliyyət zonası yoxdur, yəni təşkilatın özü də yoxdur.
Bizim mövqeyimiz belədir – sərhəd var. Ermənistanla Azərbaycan arasında Sovet İttifaqının inzibati sərhədi olan dövlət sərhədi var və o, pozulub. Rusiya kimi ikitərəfli formatda öhdəlikləri olan KTMT də üzərinə düşən vəzifələri yerinə yetirməlidir”, – deyə o bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
