Biznes-seminar iştirakçıları ilə birlikdə Kirantsda olduq.
KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Feysbuk səhifəsində yazıb.
“Biz birlikdə demarkasiyadan sonra görülən işləri və kənddə yaradılan infrastrukturu yoxladıq”, – Paşinyan bildirib.
Qeyd edək ki, Kirants Qazaxla sərhəddə yerləşir. Ötən il aprelin 19-da demarkasiya nəticəsində Qazaxın işğal altında olan 3 kəndi geri qaytarılıb.
