Paşinyan və Putin “Dağlıq Qarbağ” ifadəsini İlham Əliyevin yanında dilə gətirə bilməyib – ƏTRAFLIbackend

Paşinyan və Putin “Dağlıq Qarbağ” ifadəsini İlham Əliyevin yanında dilə gətirə bilməyib - ƏTRAFLI

Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün yekunları ilə bağlı imzalanan bəyanatın əks-sədası hələ də gəlməkdədir. İrəvanla Bakı arasında sülh müqaviləsinin əsasını təşkil edəcək sənəddə Qarabağla bağlı bir sözün belə yer almaması görüşün Azərbaycanın maraqları baxımından nə qədər əhəmiyyətli olduğunu sübuta yetirir. Bu barədə yerli mediada yazılar dərc edilsə da, Rusiya telekanallarında Paşinyan və Putinin ikitərəfli görüşü zamanı “Qarabağ” və “Dağlıq Qarabağ” ifadələrinə yer verilməsi haqda görüntülər yayımlanıb. Belə bir təzadın mövcudluğu isə cəmiyyətdə anlaşılmazlığa səbəb olub.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Fərhad Məmmədov bildirib ki, biz də Basarkeçər və Zəngəzur tarixi adlarını səsləndiririk: “Üstəlik,  nə Ermənistan, nə də Rusiya lideri bu ifadəni Azərbaycan Prezidenti ilə görüşdə, yaxud yekun mətbuat konfransında işlədib. Həmçinin imzalanan yekun bəyanata da salınmayıbsa, demək, Paşinyan və Putin arasındakı ikitərəfli görüşdə “Qarabağ” və ya “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsinin heç bir siyasi çəkisi və önəmi yoxdur”.

Fərhad Məmmədov: Koronavirus Ermənistanın demək olar ki, bütün zəif  tərəflərini üzə çıxartdı | 1news.az | Xəbərlər

Politoloq əlavə edib ki, Azərbaycan Basarkeçər və Zəngəzur ifadələrini işlətdiyi kimi, Ermənistan da Qarabağa “Arsax” və ya “Dağlıq Qarabağ” deyə bilər. Amma bunu Azərbaycanla münasibətdə dilə gətirə bilirmi? Yaxud sənədlərdə bu ifadələr əks olunurmu? Təbii ki, yox. Odur ki, istəklə bu istəyi dilə gətirmək qabiliyyəti arasında böyük fərq mövcuddur”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*