Paşinyan yenə Rusiyanı hədəf aldıbackend

Paşinyan yenə Rusiyanı hədəf aldı

Ermənistanın Rusiyanı strateji tərəfdaş hesab etməməsi üçün əsasları var.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib.

Baş nazir jurnalistlərin 2026–2031-ci illəri əhatə edən hökumət proqramında Rusiyanın strateji tərəfdaş kimi göstərilməməsinin səbəbi ilə bağlı sualını belə cavablandırıb:

“2022-ci ilin sentyabr hadisələrindən sonra strateji tərəfdaşlıqdan danışmaq… bu, həqiqətən də strateji tərəfdaşlıq demək olmalıdır. Əgər indi yazsaq ki, strateji tərəfdaşdır, siz məndən soruşacaqsınız ki, niyə Rusiya və KTMT 2022-ci ilin sentyabrında təhlükəsizlik sahəsində üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədilər? Mən sizə buna nə cavab verməliyəm?”

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*