Paşinyanı təhqir edən gənclər GÜLLƏLƏNDİ – 3 nəfər öldü, 4-ü yaralandıbackend

Paşinyanı təhqir edən gənclər GÜLLƏLƏNDİ - 3 nəfər öldü, 4-ü yaralandı

Ermənistanın Aparan şəhərində müxalifətlə hakim partiya nümayəndələri  arasında qanlı insident baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, müxalifətyönlü gənclərlə vitse-qubernator və Paşinyanın müavininin qohumları arasında münaqişə ötən gün Araqatsotn vilayətinin vitse-qubernatorunun qohumlarına məxsus yanacaqdoldurma məntəqəsində başlayıb.

Erməni gənclər Paşinyan və qubernator haqqında təhqiramiz ifadələr səsləndiriblər, bundan sonra tərəflər dağılışıblar.

Ertəsi gün eyni məntəqədə konflikt davam edib, burada vitse-qubernator və deputat Matevos Asatryanın qohumları həmin erməni gənclərə Kalaşnikov avtomatından atəş açıblar.

Məlumata görə, üç nəfər ölüb, daha dörd nəfər yaralanıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*