Paşinyanın avqustun sonunda Əliyevlə saziş imzalamaq istədiyinə dair sübutlar var – “Hraparak”backend

Paşinyanın avqustun sonunda Əliyevlə saziş imzalamaq istədiyinə dair sübutlar var - "Hraparak"

“Hakimiyyət delimitasiya prosesini mümkün qədər sürətləndirmək istəyir”. 

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır. Avqustda Ermənistan və Azərbaycan arasında delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların iclası keçiriləcək.

“Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanın ofisində bir gün əvvəl onlar görüşün Moskvada keçiriləcəyi barədə məlumat vermişdilər. Hələlik görüşün dəqiq tarixi ilə bağlı yekun razılaşma yoxdur.

2022-ci il mayın 24-də Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaların birgə işi formatında Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin ilk görüşü olub.

Ermənistan hakimiyyətinin avqustun sonunda siyasi həyatın daha az aktivləşəcəyi, Paşinyanın isə çətinlik çəkmədən və çox güc sərf etmnədən prosesi mümkün qədər sürətləndirmək və Əliyevlə saziş imzalamaq istədiyinə dair sübutlar var, – deyə qəzet yazır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*