Erməni fəal Vladimir Poqosyanın fikirincə 10 noyabr bəyannaməsinin 9-cu bəndi yerinə yetirilməyincə Rusiyanın Ermənistana təzyiqləri davam edəcək:
“Moskva Ermənistan baş nazirinə deyir ki, regionda bütün məsələləri mən həll edirəm və mənim siyasi iradəmdəm kənarda heç bir sülh gündəliyindən söhbət gedə bilməz. Onun nəzərinə çatdırıblar ki, 10 noyabrda imzaladığı bəyannamənin 9-cu bəndini yerinə yetirməsə, heç bir müqavilə imzalanmayacaq”.
Ermənistanın mövqeyinə münasibət bildirən Poqosyan Paşinyanın bu adımını axmaqlıq adlandırıb: “Ermənistanın təkliflərindən biri də silahlara ikitərəfli nəzarətdir. Bu, əslində axmaq təklifdir və reallığı əks etdirmir. Əminəm ki, bu ideya Paşinyana məxsus deyil. Bir məsələyə diqqət yetirməliyik ki, bütün strateji yüksəkliklər Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Canlı qüvvə sarıdan da Azərbaycan bizdən qat-qat üstündür. Arxasında isə Türkiyə kimi nəhəng regional güc dayanıb. Bizim münasibətimizdən asılı olmayaraq İlham Əliyevin nüfuzuna və gücünə obyektiv yanaşmaq lazımdır. Azərbaycan prezidenti dünyada gedən prosesləri diqqətlə izləyir. İndi dünya müharibə vəziyyətindədir və İlham Əliyev hər bir detalı incəliyinə qədər analiz edir. O, nəyi Rusiyadan, nəyi Avropadan istəməyin doğru olduğunu dəqiq bilir. Məsələn, Azərbaycan prezidenti dəqiq bilir ki, Yaxın Şərq müharibəsi hansı ssenari ilə davam edəcək? Ukrayna müharibəsi necə nəticələnəcək? İlham Əliyev bu münaqişələrin Cənubi Qafqaza necə təsir edəcəyini də dəqiq bilir. Hətta Ermənistan tərəfdən hansı təhlükənin gələ biləcəyindən də xəbərdardır.
İndi qarşı tərəfin bu qədər üstünlükləri olduğu halda, ona deyirik ki, gəl biri-birimizin silahlanmasına qarşılıqlı nəzarət edək. Paritet yaranmasını arzulayırıq. Bilirsiniz də paritet nə deməkdir? Deməli sizin 50, qarşı tərəfin 100 minlik ordusu var. Texnika sayında da onlar bizdən üstündürlər. Belə çıxır ki, onlar texnikalarını utilizasiyaya göndərməli, canlı qüvvələrini isə ixtisar etməlidir. Ermənistanın bu təklifi yalnız axmaqlıqdır”.
Vəli Həsənov,
KONKRET.az
Sizin Cənubi Qafqazda yaşamaq istəməniz, dövlət yaratmaq arzunuz ən böyük axmaqlıqdır!