“Paşinyanın Əliyevin qarşısında çıxışı milli rüsvayçılıq idi” – Minasyanbackend

"Paşinyanın Əliyevin qarşısında çıxışı milli rüsvayçılıq idi" - Minasyan

“Paşinyanın Əliyevin qarşısında çıxışı milli rüsvayçılıq idi”.

KONKRET.az xəbər verir ki, bunu bu gün Qarabağda erməni separatizminin 35 illiyinə həsr olunmuş konfransda politoloq Armen Minasyan jurnalistlərə deyib.

“Əvvəla, mən Paşinyanla Əliyev arasında müzakirəni görüş kimi qələmə verə bilmərəm. Münhendə onlar tamam başqa mövzulardan danışmalı idilər. Lakin Azərbaycan həmişə olduğu kimi problemi öz gündəmində formalaşdırdı.

Müvafiq biliyə, bacarıqlara və iybilmə qabiliyyətinə malik olmayan Nikol Paşinyan sadəcə olaraq, Əliyevin qarşısında cavab verə bilmədi.

Əgər çox qısa desəm, bu, milli rüsvayçılıq idi. Çünki müharibə ilə bağlı faktlar, onun nəticələri, mövcud olan və olmayan faktlar bir daha Ermənistan və erməni xalqının boynuna yazıldı”, – deyə Minasyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*