Paşinyanın həyat yoldaşı Azərbaycana işləməkdə ittiham olunur.
KONKRET.az xəbər verir ki, erməni mətbuatı Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın dediyi sözlərə görə günlərdir isterikadadır.
Xəbər verdiyimiz kimi, Akopyan ölən əsgərlərdən birinin ildönümü mərasimdə iştirak edib və orada 44 günlük müharibə zamanı erməni tərəfinin 11 min əsgərinin fərari olduğunu bəyan edib. Bu rəqəmin İlk dəfə və belə səviyyədə açıqlanması erməniləri hiddətləndirib.
Erməni nəşri “Hraparak” Ermənistan hakimiyyətinə ultimatum göndərib və bir sıra tələblər irəli sürüb. Jurnalistlər bütün siyahının adları ilə açıqlanmasını, hamısının məsuliyyətə cəlb edilməsini, qaçanların sayının sayma mexanizmini izah etməyi tələb ediblər.
Nəşr sonda hətta Akopyanın “erməni ordusunu gözdən saldığını”, “Azərbaycana işlədiyini və xarici agent olduğunu” açıqlayıb.
Xuraman Etibarlı,
KONKRET.az
