“Paşinyanın həyat yoldaşı ilə münaqişədən sonra mənim qara günlərim başladı” – Erməni Akopyanbackend

"Paşinyanın həyat yoldaşı ilə münaqişədən sonra mənim qara günlərim başladı" - Erməni Akopyan

General-mayor Movses Akopyan Qarabağda Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla rastlaşana qədər Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinə rəhbərlik edirdi. Baş Nazirin həyat yoldaşı ilə aralarında baş verən insidentdən sonra isə generalın qara günləri başladı. Akopyanın dediyinə görə, “Artsax” Müdafiə Ordusunun komanda məntəqəsinə Anna Akopyan tez-tez gəlirdi. Bir dəfə ona dedim ki, burada oturmağınıza ehtiyac yoxdur, çünki burada kişilər danışır, söyüş söyürlər. O da “Yaxşı”- deyib getdi. Nə oldusa, bundan sonra oldu”.

KONKRET.az xəbər verir ki, “Komsomolskaya Pravda” qəzeti məsələ ilə bağlı Movses Akopyanın erməni mediasına müsahibəsini dərc edib. Müsahibədə deyilir ki, “Anna Akopyanla aramızda olan söhbətdən bir neçə gün sonra Müdafiə Naziri mənə “Artsax”a getməməyimi söylədi. Daha sonra isə Paşinyanın adından mənə komanda məntəqəsində görünməyim deyildi”.

Movses Akopyan bundan sonra Baş Nazirlə əlaqə qurmağa çalışıb. Ancaq Paşinyan onun bütün müraciətlərini cavabsız qoyub. Az sonra isə general işdən qovulub və həbsə atılıb.

Göründüyü kimi Akobyanın həbsi siyasi sifarişdir.

Amma rəsmi İrəvan Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi, general-mayor Movses Akopyanın dövlət və hərbi sirri yaydığına görə həbs edildiyini deyir.

İndi isə gələk rəsmi İrəvanın hərbi sirr dediyi məsələyə.

Bu günlərdə bir jurnalist general-mayor Movses Akopyana müharibə vaxtı “İskəndər”dən istifadə edildiyi barədə sual verib.

General da cavabında bunları deyib:

“İskəndər”dən müharibə vaxtı istifadə edilib. Amma hansı istiqamətdə istifadə olunduğunu deyə bilmərəm”.

Məhz rəsmi İrəvan generalın bu sözlərini dövlətə xəyanət və hərbi sirri yaymaq kimi dəyərləndirir. Əslində isə Ermənistanın “İskəndər” dən istifadə etməsi xəbəri təzə söhbət deyil. Sonuncu dəfə noyabrın 10-da Amerikanın “The Drive” nəşri Ermənistanla Azərbaycan arasında atəşkəs sazişinin bağlanmasından bir neçə saat əvvəl İrəvanın “İskəndər” raketlərindən istifadə etdiyini yazmışdı. Nəşr əlavə olaraq bildirmişdi ki, Ermənistan 2016-cı ildən başlayaraq Rusiyadan ən yeni və ən güclü qısa mənzilli ballistik raketlər alıb. Hazırda Ermənistan Silahlı Qüvvələrinin sərəncamında səkkizədək İskəndər-E bölməsi var.

Göründüyü kimi, general Akopyana qədər İrəvanın “İskəndər”dən istifadə edilməsi təsdiqlənmişdi. Amma bu xəbərin dövlət sirrinin yayılası kimi general Akopyanın boyuna biçilməsi sadəcə siyasi sifarişdir. Vəssəlam…

Surxay Atakişiyev,

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*