Dünən İrəvanın mərkəzində Nikol Paşinyanın oğluna hücum edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan Facebook səhifəsində yazıb. O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyana hücuma məruz qalıb.
“Dünən Aşot Paşinyana da hücum olub. Üç gün əvvəl parlamentin Dövlət və Hüquq Məsələləri Daimi Komitəsinin sədri Vladimir Vardanyan müxalif deputatın hücumuna məruz qaldı. Onu vurdu, sonra o, dovşan kimi öz fraksiyasına qaçdı. Spikerə qarşı edilən hücumdan sonra təxminən 100 metr aralıda dünən daha bir hücum oldu. Bu hücum Baş nazirinin oğluna qarşı edilib.
Aydındır ki, bunlar mütəşəkkil şəkildə törədilən təxribatlardır. Əminəm ki, bu təxribatların izləri ölkəmizin hüdudlarından kənara çıxır. Buna tezliklə hüquqi və siyasi reaksiya veriləcək”, – Simonyan qeyd edib.
Məlumata görə, Aşot Paşinyan naməlum şəxslər tərəfindən döyülüb.
Xuraman Etibarlı,
KONKRET.az
